Procar.az olaraq, Azərbaycanda elektrik və hibrid avtomobillərin populyarlaşdırılması və əlçatanlığının artırılması üçün çalışırıq. Bizim məqsədimiz hər kəsin uyğun elektrik avtomobilini tapa bilməsidir.
Azərbaycanda elektrik nəqliyyat infrastrukturunun inkişafına töhfə verərək, ətraf mühitin qorunması və davamlı nəqliyyat həllərinin təşviqi. Hər kəsin öz ehtiyaclarına uyğun elektrik & hibrid avtomobilini asanlıqla tapa bilməsi üçün müasir platform təqdim etmək.
Azərbaycanda elektrik nəqliyyat sahəsində aparıcı platforma olmaq və ölkədə hər 10 avtomobildən birinin elektrik olmasına töhfə vermək. Regionda ən etibarlı və ən geniş elektrik avtomobil məlumat bazasına sahib olmaq.
Platformamızın böyüməsi və istifadəçilərimizin etimadı bizim üçün ən böyük motivasiyadır
Elektrik avtomobil sahəsində tam həllərlə istifadəçilərimizə xidmət edirik
Azərbaycanda mövcud olan bütün elektrik və hibrid avtomobillərin ətraflı məlumatları, qiymətləri və spesifikasiyaları.
Sizə ən uyğun olan elektrik və ya hibrid avtomobili 90 saniyə içində tapın.
Ölkə üzrə bütün elektrik doldurma məntəqələrinin xəritəsi, real vaxt məlumatları və istifadə təlimatları.
Elektromobil sahiblik xərclərini ənənəvi avtomobillərlə müqayisə etmək üçün vasitə.
Müxtəlif şəraitlərdə elektrik avtomobilinizin yürüş məsafəsini dəqiq hesablayan vasitə.